"Araz-Naxçıvan" yeni "stolb" gətirdi

Qış "transfer pəncərəsi"ndən maksimum istifadə edən “Araz-Naxçıvan” heyətini gücləndirməyə çalışır. Presssport.az xəbər verir ki, ölkə çempionu bu dəfə braziliyalı futzalçı ilə anlaşıb. “Stolb” mövqeyində oynayacaq Dioqo Auqusto mövsümün sonuna qədər “qırmızı-ağlar”ın uğuru üçün tər tökəcək. 24 yaşlı futzalçı ölkəsində “Taboao da Serra” və “San Paulo” klubunda çıxış edib. Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Miloş Todoriç, Həsənəli Rəhimov və Andre Korrea dos Santos Juniorla anlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC