Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb.
Presssport.az xəbər verir ki, 7 turdan ibarət yarışda 5,5 xalla ilk dəfə ölkə çempionu olan Ayan Allahverdiyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Nərmin Abdinova 2-ci, Səbinə İbrahimova 3-cü yeri tutublar. Onlara medal və diplom təqdim olunub. Ləman Hacıyeva ilə Səbinə İbrahimova isə müvafiq olaraq 4-5-ci pillələrin sahibi kimi mükafatlandırılıblar.
Şahmatçılara mükafatları Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov təqdim edib.
Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 15 min manat təşkil edib. Qalib şahmatçı 6 min manat əldə edib. Qalan məbləğ ilk "beşlik"də qərarlaşan digər şahmatçılar arasında müvafiq qaydada bölüşdürülüb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC