"İlk oyunun nəticəsi "Braqa"nı təəccübləndirmədi. Çünki bizi tanıyırdılar, bu cür oynayacağımızı gözləyirdilər".
Presssport.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Olavio Juninyo Portuqaliyanın “Braqa” klubuyla Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında deyib.
Braziliyalı hücumçunun sözlərinə görə, Braqada qeydə alınan 4:2 hesablı qələbənin komandanı arxayınlaşdırmayacaq: “Maraqlı oyun olacaq. Rəqibimiz çox güclü komandadı. Matça ciddi hazırlaşmışıq. "Braqa" mövsümə başqa turnirdə başlamışdı, indi Avropa Liqasındadı. Bu da onların təhlükəli olduğunu göstərir. Doğma azarkeşlərimizin qarşısında oynamağımız önəmli faktordur. Matçın taleyini detallar həll edə bilər. Buna diqqət yetirməliyik. Doğma azarkeşlərimiz qarşısında oynamağımız üstünlükdür".
Juninyo "Qarabağ"a qısa zamanda uyğunlaşdığını söyləyib: "Qarabağ" uzun illərdir avrokuboklarda iştirak edir, Avropa təcrübəsi var. Tez bir zamanda bura uyğunlaşdım. Bunda məşqçi amili, “oturuşmuş” komanda faktoru var. İnanıram ki, azarkeşləri sevindirəcəyik".
Xatırladaq ki, fevralın 22-də keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC