"Sumqayıt" yeni legioner transfer edib.
Presssport.az xəbər verir ki, "kimyaçılar" ekvadorlu cinah yarımmüdafiəçisi Cordan Rezabalanı heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı vingerlə 2024-cü ilin sonunadək anlaşma əldə olunub.
Qeyd edək ki, Ekvadorun “İndependyente” klubunun yetirməsi olan Rezabala son klubu həmin ölkənin təmsilçisi “Quayakil Siti”di. O, həmçinin 17, 20 və 23 yaşadək futbolçulardan ibarət millisinin uğurları üçün çalışıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC