Bu gün Serbiyanın Sombor şəhərində qadın boksçular arasında Millətlər kuboku start götürəcək. Azərbaycan Boks Federasiyasından Presssport.az-a verilən məlumata görə, 6 gün davam edəcək beynəlxalq turnirdə Azərbaycan millisi də qüvvəsini sınayacaq. Yığmanın məşqçisi İlkin Ağayevin rəhbərliyi altında Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Ağamaliyeva-Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (81 kq) böyüklərin yarışında mübarizə aparacaq. Banuçiçək Nəsirli (46 kq) yeniyetmələr, Aynur Mikayılova (54 kq) və Emili Rzayeva (63 kq) isə gənclər arasında qüvvəsini sınayacaq. Yarışda ölkəmizi Məsməxanım Səlimova isə hakim kimi təmsil edəcək. Qeyd edək ki, Millətlər kubokuna 10 ölkədən 102 boksçu qatılıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC