"Mən özüm həyatım boyu belə ləzzətli oyun izləməmişəm. Futbol tarixində bu cür - hər saniyəsi həyəcanlı olan çox az oyun olub. Bu gün bunu söyləmək istəyirəm ki, deyirlər, futbol taktikadır. Xeyr! İnsanı uğura aparan onun ruhudu".
Presssport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Braqa" cavab oyunundan (2:3, ilk oyun - 4:2) sonra keçirdiyi brifinqdə deyib.
Klub rəhbəri tarixi nəticəyə imza ataraq 1/8 finala adlamalarını şərh edib: "Həyatın prinsipi odur ki, həmişə mübarizə aparasan.60 dəqiqə 10 nəfərlə mübarizə apardıq. "Qarabağ" yorula bilərdi. Deyə bilərdilər ki, bizə çətindi. Amma komanda son dəqiqəyə qədər mübarizə apardı. Bu, bütün xalq üçün ilhamdı. Hamımız bu axşam həyata bam-başqa ruhla davam edirik. Bu Vətənə, bu xalqa aşiqəm. Həyat da elə gətirdi ki, Qurban Qurbanovun, futbolçularımızın, cənab Prezident İlham Əliyevin, azarkeşlərimizin dəstəyi ilə xalqımıza ən gözəl hədiyyəni bu axşam "Qarabağ" verdi. Bizim ruhumuz bizim uğurumuzun sirridi. Heç kim qarşımızda dayana bilməz. Hiss edirdim ki, bu axşam tarixi bir axşam olacaq".
O, Nəriman Axundzadənin 120+2-ci dəqiqədə "Qarabağ"ı 1/8 finala aparan qolu vurmasına da toxunub: "Nəriman əzizimdi. Yerlimin bu qolu vurması mənim üçün ikinci bir hədiyyədi. Onun gözlərindən öpürəm".
Sonda Gözəl "Qarabağ"dan hansı mərhələyədək irəliləməyi gözləyirsiniz" sualına bu cür cavab verib: "Bu sualı yarımfinaldan sonra mənə verərsiniz".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC