Qadın güləşçilərdən ibarət Azərbaycan millisi Macarıstanın Tata şəhərində təlim-məşq toplanışına başlayıb. Presssport.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıqda yığmamızla yanaşı, daha 20 komanda iştirak edir. Bunlar Macarıstan, İtaliya, Yunanıstan, Litva, Norveç, İsveç, Almaniya, Polşa, Rumıniya, Çexiya, Qazaxıstan, Qırğızıstan, ABŞ, Kanada, Çin, Xorvatiya, Moldova, Çili, Meksika və Ekvador yığmalarıdır. Yanvarın 27-dək davam edəcək hazırlıq prosesinə böyük məşqçi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Mariya Stadnik (50 kq), Əsmər Cankurtaran (53 kq), Gültəkin Şirinova (55 kq), Alyona Kolesnik, Ruzanna Məmmədova (hər ikisi 59 kq), Birgül Soltanova, Günay Qurbanova (hər ikisi 62 kq) cəlb olunublar. Elnurə Məmmədova (53 kq) zədələndiyi üçün hazırlıq prosesindən kənarda qalıb. Jalə Əliyeva (57 kq) və Elis Manolova (68 kq) isə baş məşqçi Semyon Çterevin nəzarətində Bolqarıstanın Belmeken şəhərində toplanış keçirlər. Onu da bildirək ki, təlim-məşq toplanışı Avropa çempionatına və Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC