U-16-lar arasında Azərbaycan birinciliyi keçiriləcək

16 yaşadək (U-16) voleybolçu oğlanlar arasında Azərbaycan birinciliyi keçiriləcək.

Presssport.az xəbər verir ki, fevralın 25-də start götürəcək yarış Şirvan Olimpiya İdman Kompleksində təşkil olunacaq. 

Birincilikdə ümumilikdə 10 komanda iştirak edəcək. Komandalar iki qrupa bölünəcək və bir dövrədə mübarizə aparacaqlar. Oyunlar dairəvi sistemlə keçiriləcək. Qruplarda ilk iki yeri tutacaq kollektivlər pley-offa vəsiqə qazanacaqlar. Daha sonra yarımfinal və üçüncülük uğrunda qarşılaşmalar baş tutacaq.

Fevralın 25-də saat 10:30-da Azərbaycan birinciliyinin açılış mərasimi, ardınca isə yarışın ilk qarşılaşması keçiriləcək. Həmin gün daha üç oyun baş tutacaq.

İştirakçı komandalar:

A qrupu: “Murov Az Terminal-2”, “Tovuz RVK”, “Hacıqabul RVK”, “Sumqayıt RVK”, “Oğuz RVK”

B qrupu: “Murov Az Terminal-1”, “Gəncə RVK”, “AZERRAIL”, Milli Aviasiya Akademiyası”, “Xarı Bülbül Şuşa”

25 fevral 

10:30. Azərbaycan birinciliyinin açılış mərasimi

11:30. “Murov Az Terminal-2” – “Hacıqabul RVK”

13:00. “Murov Az Terminal-1” – “AZERRAIL”

14:30. “Tovuz RVK” – “Sumqayıt RVK”

16:00. “Gəncə RVK” – “Milli Aviasiya Akademiyası”

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC