Bakıda voleybol üzrə “Gənc atletlərin inkişafı” layihəsi çərçivəsində ilk seminar keçirilib

Bakıda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondunun dəstəyi, Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə “Gənc atletlərin inkişafı” layihəsi çərçivəsində ilk seminar keçirilib. 

Bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində və Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunan seminarda paytaxt və bölgələrdə çalışan 40-dan çox məşqçi-müəllim iştirak edib. 

Presssport.az xəbər verir ki, nəzəri və praktik hissədən ibarət olan seminarın əsas eksperti, Atletika Federasiyasının baş məşqçisi Hakim İbrahimov, voleybol məşqçiləri Cengiz Akarçeşme, Şahin Çatma və Cahangir Abbasi öz təcrübələrini iştirakçılarla bölüşüblər. 

Seminarda aşağı yaş qruplarında düzgün məşq prosesinin aparılma qaydaları, uşaqların fiziki hazırlığı üçün görülməli olan işlərdən danışılıb. Həmçinin seçimlər zamanı daha çox diqqət yetirilməli məqamlar haqqında da məlumat verilib. 

Qeyd olunan məsələlərlə bağlı ilk olaraq nəzəri hissədə və daha sonra isə məşq prosesində ətraflı məlumat verilib.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC