Cüdo üzrə 21 yaşa qədər gənclər arasında cüdo üzrə ölkə birinciliyinə yekun vurulub.
Presssport.az xəbər verir ki, yarış Azərbaycan Cüdo Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.
23-24 fevralda Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda qızlar və oğlanlar arasında 16 çəki dərəcəsində qaliblər müəyyənləşib. 62 klub, cəmiyyət və idman təşkilatından olan 216 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Yarışların sonuncu günündə qızlar arasında -48 kq., -57 kq., -70 kq. və +78 kq. çəki dərəcələrində, oğlanlar arasında isə -60 kq., -73 kq., -90 kq. və +100 kq. çəki dərəcələrində mükafatçılar bəlli olub.
Fərdi yarışların son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Neftçi İdman Klubu Bakı, 2-ci yerə Neftçi İdman Klubu Sumqayıt, 3-cü yerə isə Kanokan TT İdman Klubu layiq görülüb. 26 komanda müxtəlif əyarlı medal qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC