“Kəpəz” bundan sonra ev oyunlarını Qəbələdə keçirməyəcək.
Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumat verib.
Onun sözlərinə görə, “Qəbələ” tərəfi stadionun ot örtüyünün yükləndiyini əsas gətirərək artıq “Kəpəz”in rəqiblərini orada qəbul etməsinə razı olmayb:
“Bəli, doğrudur. “Qəbələ”dən bizə bildirlər ki, ot örtüyü ilə bağlı yüklənmə var, qazon tab gətirmir. Buna görə də artıq Qəbələdə oynaya bilməyəcəyik”.
Klub rəsmisi bildirib ki, ev oyunlarını keçirmək üçün stadion axtarışındadırlar və iki variant var: “Ev oyunlarımızı ya Tovuzda, ya da Bakıda keçirəcəyik. Bakıda stadion da çox deyil. Hazırda onunla bağlı danışıq gedir. “Turan Tovuz” klubu ilə də danışıqlar aparılır və müəyyən müsbət məqam var”.
Peşəkar Futbol Liqasının texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov isə açıqlamasında bildirib ki, "Kəpəz"in hələlik yalnız Misli Premyer Liqasının 26-cı turunda "Neftçi"ni Tovuz şəhər stadionunda qəbul edəcəyi bəllidi. O bildirib ki, bundan sonra "Kəpəz"in ev oyunlarını harada keçirəcəyini demək çətindi.
Xatırladaq ki, Gəncə şəhər stadionu təmirə bağlandığı üçün “Kəpəz” qış fasiləsindən sonra ev oyunlarını Qəbələ şəhər stadionunda keçirirdi.
Əlavə edək ki, “Kəpəz”lə “Qəbələ” hazırda Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Yəni “Kəpəz” elitada qalmaq uğrunda sonuncu pillədə qərarlaşan “Qəbələ”nin əsas rəqibi hesab olunur (qol.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC