Millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor"da qalmaqal yaşanıb.
Presssport.az xəbər verir ki, Super Liqa təmsilçisinin kapitanı olan italiyalı hücumçusu Mario Balotelli əsas komandadan qovulub.
Belə ki, Adana təmsilçisi Super Liqanın 27-ci turunda səfərdə "Trabzonspor"a 0:1 hesabı ilə məğlub olub və Trabzondan qayıdarkən Balotelli klubun vitse-prezidenti Gökhan Göktürklə mübahisə edib. Buna görə də ulduz futbolçu cəzalandırılıb.
Qeyd edək ki, 34 yaşlı Balotelli bu mövsüm adanalıların heyətində 8 matçda 4 qol vurub
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC