Polşanın paytaxtı Varşavada hakimlər üçün A kateqoriyalı beynəlxalq dərəcəli hakim adının alınması üçün imtahan keçirilib.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, imtahanda hakimlər heyətinin üzvü Rəşad Əliyev də iştirak edib.
Ədalət təmsilçiləri nəzəri hissəyə dair imtahan veriblər. Daha sonra, fevralın 24-25-də keçirilən cüdo üzrə böyüklər arasında Açıq Avropa turnirində görüşləri idarə edərək praktiki imtahan veriblər.
Həm nəzəri, həm də praktiki imtahanı yüksək nəticə ilə keçən Rəşad Əliyev A kateqoriyalı yüksək hakimlik lisenziyasını əldə edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC