Tsxadadzeylə işləmiş tək "Qəbələ"li 8 xallıq fərqi aradan qaldırmağı mümkün sayır: "Onun xilaskar olub-olmadığını zaman göstərər"

“Qəbələ”də keçən həftəsonu baş məşqçi dəyişikliyi oldu. Belə ki, komandanı 4,5 il çalışdırmış Elmar Baxşıyev postundan getməyi üstün tutdu. Son pillənin sahibi “sükanı arxası”na Azərbaycanda vaxtilə uğurlu işləmiş əcnəbi mütəxəssisi - Kaxaber Tsxadadzeni gətirdi. Grücü çalışdırıcını həm ən yaxşı tanıyan “Qəbələ”li futbolçu, həm də komandanın kapitanı olduğundan Asif Məmmədovla söhbətləşməyi daha məqsədəuyğun saydıq. Təcrübəli yarımmüdafiəçi Presssport.az-a müsahibəsində bir sıra mətləblərdən söz açıb. 

  • - Yeni baş məşqçinin rəhbərliyi altında hazırlıq keçdiniz. Komandada ümumi ab-hava necədi?
  • - Yaxşı idi, həmişəki kimi pis deyildi. Baxmayaraq ki, nəticələrlə bağlı hamıda nə qədər olmasa da, üzüntü də var, çalışırıq, istəyirik əlimizdən gələni edək ki, bacardığımız qədər Premyer Liqada yerimizi qoruyaq. Buna görə yeni baş məşqçimizin də, rəhbərliyin də tələbi də odur ki, xal fərqi çox olmasına rəğmən, ruhdan düşmək olmaz. Onlar da əllərindən gələni edir ki, nə qədər çətin olsa da, bu, olmasın. Bu vəziyyətdən çıxmaq üçün birgə əlimizdən gələn hər şey edəcəyik.
  • - Sənə görə 8 xal fərq real olaraq indiki vəziyyətinizə görə çoxdumu?
  • - Həm çoxdu, həm də çox deyil. Oyunlarımız da var və bunu nəzərə alsaq, məncə, bacarmaq olar. Keçən mövsüm də Konfrans Liqasına vəsiqə uğrunda mübarizədə bir epizod vardı ki, “Zirə” təxminən bu qədər xal fərqiylə bizdən qabaqda idi. Amma sonradan gəlib onu aradan qaldırdıq, getdik avrokuboklara. Düzdü, indi başqa bir vəziyyətdi, eyni etməyək onunla. Lakin demək olar buna uyğun durumda bunu bacarmışdıq. İndisə işimiz bir az da çətindi və bunun öhdəsindən gəlmək üçün əlimizdən gələni edəcəyik. Bu vəziyyətə biz düşmüşüksə, biz də çıxa bilərik. Məncə, bunu bacararıq. Sadəcə, bir az əziyyət çəkmək lazımdı, ruhdan düşmək lazım deyil. 
  • - Son turda “Kəpəz”lə Qəbələdəki həlledici matçda heç olmada heç-heçə etməli idiniz kİ, xal fərqi artmasın. Niyə buna nail ola bilmədiniz? Həlledici məqam nə oldu?
  • - Deyim ki, həlledici məqam pis oynamağımızdı, yox. Qol imkanlarından istifadə edə bilmədik. Hamının gördüyü kimi axır vaxtlar hakimlər bizə qarşı olan münasibəti göz qabağındadı. Hansı epizodda penalti verilməlidi…Hətta bu, 2 dəfə oldu. Birincidə deyək ki, məsafə yaxın idi. Bəs, ikincidə niyə penalti verilmədi? Futbolçu topu qucağına götürüb qaçmalıdı ki, penalti versinlər? Demirəm ki, ideal oynadıq, lakin qol imkanlarımız oldu ki, dediyim kimi, bunlardan yararlana bilmədik. Həm də fikrimcə, hakimlərin bizə qarşı olan haqsızlığın qarşısında gəldi oyunu uduzduq. Bəlkə də həmin oyunu udmağı çox istəyirdik, heç-heçə barədə fikirləşmirdik. Yalnız udmaq istəyirdik. Bunun nə qədər səhv-düz idi, deyə bilmirəm. İstəyirdik ki, xal fərqini bir az azaldaq. Amma qismət belə oldu ki, gəldik uduzduq və işimizi daha da çətinləşdirdik. 
  • - “Facebook”dakı şəxsi səhifəndə sabiq baş məşqçiniz Elmar Baxşıyevə vida sözlərini, təşəkkürünü yazmağı özünə borc bildin…
  • - Əlbəttə, Elmar müəllimlə neçə illərdi bir yerdə işləmişik. Münasibətimiz çox yaxşıdı. Bugünkü gündə o, burda olmasına baxmayaraq münasibət necə vardısa, elə də qalacaq. Baxşıyevin gedişinə həddən artıq çox pis olduq. Bizə əziz, doğma olan bir insandı, ailəmizdən çox bir-birimizi görürdük. Buna görə uzun müddət birgə işlədiyin baş məşqçinin gedişi pis təsir etdi. Bu durumda hansı büdcəylə hansı işləri görmüşdük - buna görə Elmar müəllimin gedişi mənə pis təsir etməyə bilməzdi. O üzdən bu paylaşımı etmişdim. 
  • - Yeni baş məşqçiniz olan gürcü mütəxəssis Kaxaber Tsxadadzeylə birgə işləmiş tək “Qəbələ”li futbolçu olduğunu nəzərə alsaq, bu təyinatı necə qarşıladığın maraqlıdı…
  • - Bəli, onunla deyərdim ki, 7 ilə yaxın bir yerdə işləmişik. Təyinatını yaxşı qarşıladım. Baxmayaraq ki, vaxt bir azdı, amma yəqin ki, faydalı olar. 
  • - Tsxadadzeyə indiki vəziyyətdə xilaskar gözüylə baxmaq olarmı?
  • - Bunu zaman göstərər, indidən heç nə demək olmaz. Nə deyim, o da gəldi, söhbətlərində dedi ki, kömək etməyə gəlmişəm, əlimdən nə gəlir, edəcəm. Bu, futboldu, gərək bir az da şansın olsun. 
  • - Bir kapitan olaraq səninlə ayrıca söhbəti oldumu komandanı toparlamaq mənasında? Həm də futbolçularınız arasında ən yaxşı səni tanıyır…
  • - Oldu söhbətimiz. Oturduq danışdıq köhnə illərdən, indiki vəziyyətdən. Belə bir şeylər oldu. O da dedi ki, bir yerdə bu vəziyyətdən çıxmalıyıq, heç kəs fikirləşməsin ki, 8 xal böyük fərqdi. Düzdür, böyük fərqdi, amma bunu aradan qaldırmağı bacararıq. Ancaq bu yöndə söhbətlərimiz oldu. 
  • - Maraqlıdı, 38 yaşlı Asif Məmmədovun hələ də karyerasını davam etdirməyini necə qarşıladı?
  • - Bilirdi hələ də oynamağımı. Dedi ki, hələ də oynayırsan, özünə yaxşı baxırsan, belə davam eləmək lazımdı. 
  • - Karyeranda iz buraxan, ən uğurlu baş məşqçilərədn biri olub Kaxa. Elədi?
  • - O, “İnter”ə gələndə futbolu necə oynamaq lazım olmaq mənasında tək mənə yox, bir çox azərbaycanlı futbolçuya kömək oldu. Öz dəst-xəttiylə, taktikasıyla, oyun üslubuyla bir çox məşqçilərin öyrənəsi çox şey etdi. Məncə, ağıllı məşqçilərimiz də baxıb nəsə öyrəndi həmin dövr üçün. Həmin məşqçilər, futbolumuz üçün çox yaxşı iz buraxmışdı Kaxa. “İnter”də işlədiyi vaxtda bir çox gənc futbolçular başqa klublarda özlərini göstə bilməmələrinə baxmayaraq gəlib onun yanında tam başqa cür futbol oynadılar. “İnter” məlum səbəblərədn dağılmaq ərəfəsində olan vaxtda hamısı gedib yaxşı klublarda çıxış etdi. Həmin futbolçuların üzərində Tsxaxadzenin çox böyük əməyi vardı. 
  • - Səncə, onun futbol fəlsəfəsi “Qəbələ” üçün fərqli olacaq? İlk məşqlərdə nə üzərində xüsusi ilşlədiniz? Psixoloji məqamı başa düşdük, sizdən meydanda ilk növbədə nə tələb edəcək?
  • - Orası qalsın özümzə, onu deyə bilməyəcəm (gülür). Amma bildikləri, bu vəziyyətdə ən yaxşılar nədisə, çalışıb bizə öyrədəcək. Başqa şeylər haqda danışa bilməyəcəm, üzürlü sayın.
  •  

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC