Polşa mətbuatı LKS-in qışdakı transferlərindən haqda yazarkən millimizin üzvü Rahil Məmmədovun çıxışını da qiymətləndiriblər.
Presssport.az xəbər verir ki, 29 yaşlı müdafiəçimizin performansı polşalı həmkarlarımız tərəfindən tənqid edilib: "Key Tejan yaxşı hücumçudur. Bəzi azarkeşlər ona inanırdı və o da altıncı matçda qol vurur. Bu il Loduz təmsilçisinin buraxdığı 8 qoldan 5-də isə müdafiəçi Rahil Məmmədov birbaşa iştirak edib. Hücumçu Hüseyn Baliçə gəlincə, dediyinə görə, bəxti gətirmir. Amma onun daha çox, liqadakı komandaların təklif etdiyi kimi sərt oynamağa hazır olmadığı görünür".
Onu da bildirək ki, 21 matçda cəmi 10 xal toplayan və 44 qol buraxan LKS turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC