“İdman həftəsi” çərçivəsində idman media nümayəndələri arasında futbol yarışı keçirilib.
Presssport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakı Olimpiya Stadionunda təşkil olunan yarışda “CBC Sport TV”, “İdman TV”, “PMG”, “İnternasional”, “Zəngəzur” və “Abşeron” komandaları iştirak ediblər.
Yarışın açılış mərasimində əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib. Daha sonra Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, AFFA-nın baş katibi Sərxan Hacıyev çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.
Daha sonra oyunlara start verilib. Yekun nəticələrə görə “İdman TV” 1-ci olub, 2-ci və 3-cü yerlərə müvafiq olaraq “CBC Sport TV” və “İnternatsional” layiq görülüb.
Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd media nümayəndələrinin asudə vaxtının səmərəli təşkili və onlar arasında sağlam həyat tərzinin təbliğidir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC