Cüdoçularımız Daşkənddəki "Böyük Dəbilqə"nin ilk günündə medalsız qaldı

Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib. Presssport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 8 cüdoçusu mübarizəyə qoşulub.
Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Nazir Talıbov, Rövşən Əliyev (hər ikisi 60 kq), İslam Rəhimov, Rəşid Yelkiyev (hər ikisi 66 kq) mübarizəni ilk görüşdə uduzaraq dayandırıblar.
Yığmamız yarışda 12 cüdoçu ilə təmsil olunur. Turnir martın 3-də başa çatacaq.

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC