Bu gün "Qarabağ FK - 30 mövsüm səfərdə" sənədli filminin təqdimatı keçirilib.
Presssport.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tutan və "Qarabağ" Futbol Klubundan bəhs edən filmin təqdimat mərasimində Azərbaycan Prezidentininin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, gənclər və idman naziri Fərid Qayıbov, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, ölkənin idman və mədəniyyət nümayəndələri iştirak ediblər.
Filmdə “Qarabağ”ın keçdiyi tarixi dövrdən bəhs olunub SSRİ dövründəki uğurları izləyicilərin diqqətinə çatdırılıb. Həmçinin filmdə xarici jurnalistlərin və futbolçuların “Qarabağ”la, "İmarət" stadionuyla bağlı hazırladığı materiallar və fikirləri də yer alıb.
Filmdə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra Ağdam rayonu ərazisindəki olan "İmarət" stadionunun taleyindən, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun klubdakı fəaliyyətindən də bəhs edilib. Həmçinin, klubun Avropa Liqasındakı uğurları, adının Avropanın tanınmış klubları ilə bir sırada çəkilməsi vurğulanıb.
Klubun baş məşqçisi Qurban Qurbanovun "Qarabağ"ın uğurlarındakı rolu xüsusi qeyd olunub.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi, "Salnaməfilm" və "Azərbaycanfilm"in ortaq layihəsi olan film 4 hissədən ibarətdi. “Salnaməfilm” studiyası, Bakı Media Mərkəzi və İctimai Televiziyanın birgə istehsalı olan sənədli film Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib. Filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, prodüserləri Orman Əliyev, Balakişi Qasımov, quruluşçu rejissoru Fuad Quliyev, ssenari müəllifləri İsmayıl Səfərəli, Roman Orkodaşvili, Ramil Ələkbərov, Fuad Quliyev, quruluşçu operatoru Mateuş Çuxnovski, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Rəşad Haşımovdu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC