Qurban Qurbanov "Qarabağ"la bağlı filmə baxandan sonra bir daha nəyə əmin olub? - özü açıqladı

“16 ildir “Qarabağ”dayam. Bir saat içində bu illəri, günləri yenidən yaşadım. Film çox yüksək səviyyədə hazırlanıb. Əziyyət çəkən hər kəsə təşəkkür edirəm".

Presssport.az xəbər verir ki, bu sözləri “Qarabağ FK – 30 mövsüm səfərdə” sənədli filminin təqdimat mərasimində klubun baş məşqçisi Qurban Qurbanov deyib.

Onun fikrincə, hamı doğru yolu göstərə bilər, amma onun icraçıları var: "Bu gün bir daha əmin oldum ki, çox güclü kollektivim, futbolçularım və döyüşçülərim var. İki gün əvvəl komanda ilə söhbətimiz oldu. Onlara Qarabağ barədə danışdım., hansı komandanı təmsil etdiyimizi söylədim. İnsanlar canlarından keçiblər, əziyyətlər çəkiblər”.

52 yaşlı mütəxəssis bu adı daşıyan klubda döyüşçü ruhunu daim qoruyub saxlamaq istədiklərini vurğulayıb: "Bunu Ali Baş Komandanımız 44 günlük müharibə ərzində hər gün öz xalqına müraciətində bildirirdi. Hamımız bir olmuş və sonda belə zəfər əldə etmişdik. Bütün vacib qarşılaşmalarda bu fikirlər oyunçulara çatdırılır. Dövlət səviyyəsində komandamız sevilir və dəyər verilir. Belə olanda, başqa çıxışımız yoxdur. Öz işimizlə məşğul olmalıyıq. “Qarabağ” etibarlı əllərdədi. Güclü iş qrupumuz var. 15 il ərzində işlədiyim oyunçuların hamısının burda olmasını istərdim. Amma bu, futbol həyatıdı. Komandanın qurulmasında bir kapitan olaraq Rəşad Sadıqovun da əməyi var”.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC