"Nə deyə bilərəm? Əhvalım yaxşı deyil. Oyuna çox gözəl başladıq. Qırmızı vərəqə planlarımızı korladı. Rəqib standart vəziyyətlərdən istifadə etdi. Bundan başqa qol imkanları yox idi. "Qarabağ"la oyunun ilk hissəsində çox yaxşı çıxış etdik. Bu gün onun 10 qatını bacardıq. Nələrisə dəyişməyə çalışırıq. Sonradan oyuna girənlər keyfiyyət göstərmədilər. Ümumiyyətlə, bəzi futbolçularımızın keyfiyyəti aşağıdı, bunu demək istəmirdim, amma məcburam".
Presssport.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze Premyer Liqanın 25-ci turunun "Səbail"lə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, ardından jurnalistlərin suallarını cavablandırıb.
- "Qəbələ"nin qırmızı vərəqələrdən qurtulması üçün nə etmək lazımdır?
- Bu, futbolçuların fərdi keyfiyəti ilə bağlıdır. "Qarabağ"la matçda Feras rəqibə o cür müdaxilə etməməli idi. Bugünkü qırmızı vərəqə texniki səhvin nəticəsində oldu. Dəyişmək istədiyimiz çox şey var. Bu gün cinah müdafiəçilərini dəyişdik. Onların hansı vəziyyətdə olduğunu gördüz. Asif Məmmədovun yaşı çox olduğu üçün ona istirahət verdik. Ehtiyat oyunçular skamyasında olanların performansından məmnun deyiləm.
- 11 tura 11 xal fərqini aradan qaldırmaq mümkün olacaq?
- Nə qədər ki, şans var, sona kimi mübarizə aparacağıq.
- Futbolçularla qırmızı vərəqələrlə bağlı maarifləndirici söhbətiniz olub?
- Bu, futbolçunun fərdi keyfiyyətindən asılıdr. Nəsə öyrədə bilərik. Ustalıq səviyyəsi aşağı olduğu üçün futbolçular qırmızı vərəqə alır. Hər dəfə yada salmalıyıq ki, “qırmızı”dan uzaq olun. Sona kimi mübarizə aparan insanam. Heç vaxt vaz keçməmişəm. Bu, "Standart"da da, "İnter"də də belə olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC