“Bayer”in futbolçusu Conatan Ta Bundesliqanın 24-cü turunda “Köln” üzərində qazandıqları qələbəni (2:0) şərh edərkən 1/8 finaldakı “Qarabağ”la ilk oyuna da toxunub.
Presssport.az xəbər verir ki, klubun rəsmi saytına danışan Leverkuzen klubununu vitse-kapitanı onları Azərbaycana çətin səfər gözlədiyini söyləyib:
"Bütün diqqətimizi yorucu olacağını vəd edən Bakıya çətin səfərə yönəltməliyik. “Qarabağ”la görüşdən sonra isə “Volfsburq”la ev oyununa hazırlaşmalıyıq".
Xatırladaq ki, Tofiq Bəhramov stadionunda keçiriləcək "Qarabağ" - "Bayer" matçına 21:45-də start veriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC