AFFA İntizam Komitəsi "Zirə"nin futbolçusu İssa Cibrilanı bir matçlıq cəzalandırıb.
Presssport.az xəbər verir ki, nigerli legioner Turan Tovuz"la heç-heçə (1:1) etdikləri Premyer Liqanın XXV turunun matçında rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə aldığı üçün bu cəzaya məruz qalıb.
Paytaxt təmsilçisi 800 manat cərimə olunub.
"Qəbələ"nin braziliyalı legioneri Lukas Afriko da bir görüşdə komandasına kömək edə bilməyəcək. Belə ki, mdafiəçi "Səbail"ə uduzduqları (2:3) qarşılaşmada həmin səbəbdən qarşısında qırmızı vərəqə görüb. "Qırmızı-qaralar" da bu səbəbdən 800 manat ödəməli olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC