“Belə bir gündə idman səfiri seçilməyim çox qürurverici haldı. Azərbaycanda idmanı populyarlaşdırmaq üçün səylərimizi əsirgəməyəcəyik”.
Presssport.az xəbər verir ki, bu sözləri 2024-cü ilin idman səfir seçilən sabiq cüdoçu Orxan Səfərov Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qubada təşkil edilən paraddan sonra jurnalistlərə açıqlamasında deyib.
Taekvondoçu Fəridə Əzizova isə əsas məqsədinin idmanı gənclərə təbliğ etmək olduğunu söyləyib: "İdman səfiri seçildiyim üçün çox sevincliyəm. Bundan sonra daha çox çalışacaq və sağlam həyat üçün bütün gəncləri idmana səsləyəcəyik".
Bədii gimnastika üzrə millimizin məşqçisi Aliyə Paşayeva ötən il də idman səfiri seçildiyini xatırladıb: "Ümid edirəm ki, 2023-cü ildə başladığım fəaliyyətimi bu il də uğurla davam etdirəcəm".
Futbol üzrə milli komandamızın skautu İlqar Qurbanov da Bədən Tərbiyəsi və İdman Günü münasibətilə xalqımızı təbrik edərək hədəflərini açlqladı: "Ölkəmizdə idmanın inkişafı istiqamətində biz də öz töhfəmizi verməyə çalışacağıq. Etimadı doğrultmaq üçün əlimizdən gələni edəcəyik".
Milli idman növləri üzrə məşqçi Xəyyam Orucov Bakı ilə yanaşı, regionlarda da idmana marağı artırmaq üçün işləyəcəklərini diqqətə çatdırıb.
Xatırladaq ki, bu 5 idmançı ötən gün gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə təşkil olunan növbədənkənar kollegiya iclasında 2024-cü il üçün "İdman səfirləri” seçiliblər.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC