"Sabah" xorvatiyalı mütəxəssis Krusnovlad Renduliçlə müqavilə imzayalıb.
Presssport.azxəbər verir ki, klubun saytına müsahibə verən Renduliç komandaya gəlişindən və hədəflərindən söz açıb:
- Özünüz və məşqçilik karyeranız haqda danışardınız.
- Burada olduğumçün şadam. 40 yaşına qədər davam edən futbolçu karyeram ancaq Xorvatiya ilə bağlıdır. Futbolçu karyeramı bitirəndən sorna məşqçiyilə başladım. İlk iki ili İranda "Fulad"da keçirdim. 2018-ci ildən məşqçiliyə başladım, öz ölkəmdə bir neçə kluba rəhbərlik etdim. Sonuncu iş yerim Bosniyada "Zrinski" olub. Bu komanda ilə həm kuboku qazandıq, həm də çempionluğu. Bundan əlavə Avropa Liqasında çıxış edən ilk Bosniya klubu olduq.
- Futbolçularda hansı keyfiyyətlərə daha çox diqqət edirsiniz?
- Əvvəla, düşünürəm ki, futbolçular üçün zehni və fiziki güc çox vacibdir. Bir oyunçu kimi çox istəkli olmuşam və oyunçulardan bunu görmək istəyirəm. Hətta bəzən istedadlı oyunçuların da uğuq qazanması üçün əzmkarlıq və istək lazımdır.
- "Sabah"da əsas hədəfiniz nədir?
- İlk işə başladığım gündən hədəflərim olub və indi ona mümkün qədər yüksək səviyyəyə nail olmaq istəyirəm. Futbolda, idmanda və həyatda olduğu kimi qarşınıza kiçik hədəflər qoymağınız sizi böyük hədəflərə çatdırmayacaq. Ancaq böyük hədəflərə köklənməklə bu mövsüm məqsədə nail olmaq olar. Ona görə də iddialı olmalı və ikinci yer üçün mübarizə aparmalıyıq. Buna nail olmaqçün kifayət qədər keyfiyyətli futbolçularımız var.
- Azarkeşlərə nə demək istərdiniz?
- Çalışacağıq, mübarizə aparacağıq və daim istəkli olacağıq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC