"Qarabağ" "Bohum" ola biləcək?

2023-cü ilin mayın 27-si. Almaniya Bundesliqasında sonuncu - XXXIV tur. Həmin çempionatı 6-cı yerdə bitirən və Avropa Liqasına vəsiqə qazanan "Bayer" “Bohum”un qonağı olur və darmadağın edilir - 0:3. Bunda Leverkuzen klubunun artıq 8-ci dəqiqədə futbolçusu qırmızı vərəqə aldığına görə matçın demək olar hamısını azlıqda oynaması böyük rol oynayır və təsadüfi deyil ki, artıq fasiləyədək 2 qol buraxır. 

Bu matçı təsadüfən qeyd eləmədim. Axı, Xabi Alonsonun komandası həmin matçdan sonra - 1 ilə yaxındı uduzmur. 

Bəli, "Bayer" bu mövsüm məğlubedilməz olmaqla TOP-5 çempionatlarının lideri, ümumiyyətlə, Avropada bunu bacaran tək komandadı. "Aspirinlər" bütün turnirləri nəzərə alsaq, ardıcıl 34 oyundu yenilmir. Bu isə tək klub deyil, Almaniya futbolunun rekord göstəricisidi.
"Qarabağ" da "Bayer" kimi çempionatda son 10 oyunun 9-da qələbə qazanıb, 1-də heç-heçə edib. Qurban Qurbanovun komandası həmin bərabərliyə Premyer Liqada Tofiq Bəhramov adına Respublika stadionunda "Sabah"la 3:3 edərək imza atıb. 

Maraqlıdı, "Qarabağ" “Bohum” olaraq "Bayer"i məğlub edə, dayandıraraq bütün Avropaya adından yenə söz etdirə biləcək? Bunu günün sonunda biləcəyik…

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC