Azərbaycan Premyer Liqasının XXVI turunda "Kəpəz"lə matçdan əvvəl "Neftçi"nin zədəli futbolçularının son durumu açıqlanıb.
Klubdan Presssport.az-a verilən məlumata görə, "ağ-qaralar" səfər oyununda 3 futbolçunun xidmətindən yararlana bilməyəcək.
Fərdi hazırlıq keçən sol cinah müdafiəçisi Azər Əliyevin növbəti həftədən komanda ilə məşqləri bərpa edəcəyi planlaşdırılır. Qapıçı Emil Balayev, həmçinin Fələstin millisində zədələnən mərkəz yarımmüdafiəçisi Ataa Caber bərpa və müalicə prosesini davam etdirirlər.
Qeyd edək ki, "Kəpəz" - "Neftçi" görüşü martın 9-da saat 15:00-da Tovuz şəhər stadionunda keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC