"Sərhədçi" İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda növbəti iki oyun keçirilib.
Presssport.az xəbər verir ki, günün ilk görüşündə "Neftçi" 82:71 hesabı ilə "Cəlilabad"ı məğlub edib.
Bu qələbə ilə "Neftçi" qrupdan çıxmağı təmin edib. Ən məhsuldar basketbolçular "Neftçi"dən Ceyms Haforn (17 xal, 7 ribaund), "Cəlilabad"dan Rişon Conson (18 xal, 6 ribaund) olublar.
Günün digər oyununda qrupun lideri "Xəzri" "Xırdalan"a 75:64 hesabı ilə qalib gələrək kubokun yarımfinalına vəsiqəni təmin edib. Ən məhsuldar basketbolçular "Xırdalan"dan Cakori Arçi (21 xal, 8 ribaund), "Xəzri"dən Ceremi Maklaflin (22 xal, 17 ribaund) olublar.
Qeyd edək ki, A qrupunu lider tamamlamaq uğrunda oyun,"Xəzri" və “Neftçi” arasında baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC