"Çalışacağıq ki, orda da ən yüksək səviyyədə oynayıb finala çıxaq, ardınca isə çempion olaq”

Macarıstan kubokunu qazanan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Ayşən Abduləzimova bu uğuru ilə bağlı fikirlərini bölüşüb.

Presssport.az xəbər verir ki, legionerimixəz Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Hər il olduğu kimi, bu il də məqsədimiz həm kuboku, həm də çempionatı qazanmaqdı. Çox şükür ilk titulu qazandıq, kuboka sahib çıxdıq. Finalda rəqibimiz “Bekescsaba” klubu idi. Ciddi müqavimətlə qarşılaşsaq da, üstünlüyü əldən vermədik və qalib gəldik. Bu, “Vasas”la ardıcıl 3-cü, ümumilikdə isə 4-cü kubokumdu. Bu nəticəyə görə çox şadam. Qarşıda bizi çempionatın yarımfinal oyunları gözləyir. Çalışacağıq ki, orda da ən yüksək səviyyədə oynayıb finala çıxaq, ardınca isə çempion olaq”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC