“Qarabağ”da işləmiş türkiyəli mütəxəssis Önder Karavelinin yeni klubu bəlli olub.
Presssport.az xəbər verir ki, 49 yaşlı mütəxəssis "Eskişehirspor"un baş məşqçisi təyin olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onun müqaviləsinin müddəti mövsümün sonunadək nəzərdə tutulub.
Eskişehir təmsilçisi Regional Həvəskar Liqada 42 xalla 2-ci pillədə qərarlaşıb. Bu komanda vaxtilə Super Liqada çıxış edib və o vaxtlar millimizin kapitanı olmuş Rəşad Sadıqov heyətində futbolçu olub.
Xatırladaq ki, Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununa qədər "Qarabağ" klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub. O, 2021-ci ilin sonundan 2022-ci ilin əvvəlinədək "Beşiktaş"da baş məşqçi vəzifəsini yerinə yetirib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC