"Kəpəz-2"ə "cərimə yağışı" - məşqçisi hakimə təzyiq göstərməyə cəhd etdiyi üçün cəzalandırıldı

Əvəzedicilər Liqasının 26-cı turunun "Kəpəz-2" - "Neftçi-2" matçında Gəncə təmsilçisinin məşqçisi Orxan Verdiyev hakimə təzyiq göstərməyə cəhd etdiyinə görə AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.

Presssport.az xəbər verir ki, adıçəkilən mütəxəssis oyununun 76-cı dəqiqəsində hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldıqdan sonra ona təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyunluq cəzalanıb, “Kəpəz-2” 400 manat cərimə olunub.

“Kəpəz-2”nin azarkeşləri hakimin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə və bu, cari mövsümdə ilk dəfə yaşandığına görə kluba xəbərdarlıq edilib. Həmçinin oyunda topdaşıyanların say limiti pozulduğuna görə “Kəpəz-2” 80 manat cərimələnib.

Bununla yanaşı, xərəkdaşıyanların say limiti pozulduğu üçün “Kəpəz-2” 80 manat cərimə edilib. Gəncə klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün daha 70 manat ziyana düşüb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC