"Qarabağ"ın Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi “Bayer” Bundesliqadan Almaniya kubokunun yarımfinalına yüksələn yeganə klub olub.
Presssport.az xəbər verir ki, Leverkuzen klubu martın 6-da 1/4 finalda "Ştutqart"ı məğlub edərək yarımfinala adlamışdı.
Ötən gecə isə digər bir Bundesliqa təmsilçisi "Borussiya" (Münhenqladbax" 1/4 finalda "Saarbrüken"lə qarşılaşıb və uduzub - 2:1.
Bununla da "Bayer" ölkə kubokunun tarixinə düşüb. Belə ki. Xabi Alonsonun yetirmələri bu mövsüm həm Bundesliqada çıxış edən, həm də Almaniya kubokunun yarımfinalına yüksələn yeganə klub olub. Daha əvvəl belə hal baş verməyib.
Onu da bildirək ki, yarımfinalda “Kayzerslautern” evdə “Saarbrüken”lə, “Bayer” isə evdə “Fortuna Düsseldorf”la qarşılaşacaq. Matçlar aprelin 2-3-də keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC