Şeydayevin "Kocaelispor"dakı gəliri açıqlandı

Qış transfer dövründə Türkiyənin “Kocaelispor” klubuyla müqavilə imzalayan millimizin futbolçusu Ramil Şeydayevin gəliri müəyyənləşib.

Presssport.az xəbər verir ki, bu barədə "Özgür Kocaeli" qəzeti məlumat yayıb. 

Türkiyə I Liqa təmsilçisiyıə 1.5 illik müqavilə imzalayan 28 yaşlı hücumçusunun bu mövsümün sonuna qədər 250 min avro, yeni mövsüm üçün isə 450 min avro qazanc götürəcəyi açıqlanıb

Beləliklə, Şeydayev kocaelilələrin futbolçusu olmaqıla ümumən 700 min avro əldə edəcək.

Xatırladaq ki, Ramil hazırkı klubuna Tailand “Buriram Yunayted”indən keçib. O, yeni klubunda 7 oyun keçirsə də, hələ də qol hesabını aça bilməyib. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC