Güləş yığmamız Astanadakı turnirdə 10 medalla başa vurub

Azərbaycanın gənc yunan-Roma güləşçiləri Qazaxıstanın paytaxtı Astanada keçirilən Jaksılık Uşkempirov turnirində iştirak ediblər.

Presssport.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 10 ölkənin təmsil olunduğu yarışda böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında iştirak edən U-20 millisinin 10 üzvü fəxri kürsüyə qalxıb.

Fəraim Mustafayev (67 kq), Ruslan Nurullayev (72 kq) və Davud Məmmədov (77 kq) çempion olublar. İsmayıl Rzayevlə (82 kq), Əli Quliyev (87 kq) gümüş, Hüseyn Savadov (55 kq), Məhəmməd Şükürzadə (63 kq), Təvəkgül Həziyev (67 kq), Kənan Abdullazadə (77 kq) və Cocu Səmədov (87 kq) isə bürünc medal əldə ediblər.

Beləliklə, milli komandamız turniri 3 qızıl, 2 gümüş, 5 bürünc medal olmaqla ümumilikdə 10 medalla başa vurub.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC