"Sabah"ın sabiq baş məşqçisi Murad Musayevin yeni iş yeri dəqiqləşib.
Presssport.az xəbər verir ki, 41 yaşlı mütəxəssis öz ölkəsinin Premyer Liqa təmsilçisi “Krasnodar”la danışıqları müsbət yekunlaşdırıb.
Belə ki, Musayev köhnə-yeni klubuyla müqavilə imzalayıb. Bu barədə championat.com məlumat yayıb.
Musayev daha əvvəl - 2018-21-ci illərdə "Krasnodar"a rəhbərlik edərək, ona Premyer Liqanın bürünc medalını qazandırıb.
Xatırladaq ki, Murad Oleqoviç 2021-ci ilin oktyabrından 2024-cü ilin fevralına kimi "Sabah"ı çalışdırıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC