Moskva "Spartak"ının futbolçusu Kvinsi Promes Dubayda həbs olunub.
Presssport.az xəbər verir ki, Niderland məhkəməsinin qərarı ilə 6 il müddətinə həbs cəzası alan 32 yaşlı hücumçu komandası ilə təlim-məşq toplanışında olarkən saxlanılıb.
Kvinsi öz ölkəsinin hökumətinə təhvil veriləcək. Niderland millisinin sabiq üzvü 2020-ci ildə külli miqdarda kakainin satışında təqsirli bilinərək, bu müddətə həbs cəzası alıb.
Beləliklə, Promes Bakıya gələ bilməyəcək. Belə ki, “Spartak” martın 23-də “Neftçi”ylə “Neftçi Arena”da yoldaşlıq görüşü keçirəcək.
Xatırladaq ki, Kvinsi bu komandaların keçən ilin iyulun 18-də Moskvadakı yoldaşlıq görüşündə qol müəllifi olub. O, "Spartak"ın 2:0 hesabıyla qalib gəldiyi həmin matçın 37-ci dəqiqəsində son nöqtəni qoyub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC