Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə martın 18-də Bakı Atıcılıq Mərkəzində Kütləvi İnformasiya Vasitələrinin (KİV) əməkdaşları arasında Novruz bayramına həsr olunmuş pnevmatik idman tapançasından 10 metr məsafəyə atəşaçma üzrə yarış keçiriləcək.
Presssport.az xəbər verir ki, yarışın əsas məqsədi Kütləvi İnformasiya Vasitələrinin əməkdaşları ilə Milli Olimpiya Komitəsinin əməkdaşlığını genişləndirmək və Vətənin müdafiəsinə həmişə hazır olmağı aşılamaqdan ibarətdir.
Yarışın baş hakimi Azərbaycan Atıcılıq Federasiyası tərəfindən təyin edilmiş respublika dərəcəli hakim Rəsul Məmmədov, baş katibi beynəlxalq dərəcəli hakim Böyükxanım Astanova olacaq.
Turnirin qalibləri Milli Olimpiya Komitəsi tərəfindən pul mükafatı və diplomlarla təltif olunacaqlar.
İlk üç yerin qaliblərinə müvafiq olaraq, 300, 200 və 150 manat pul mükafatı və diplom, iki iştirakçıya isə Milli Olimpiya Komitəsi tərəfindən “Fəal iştirakçı” diplomu veriləcək.
Yarışın informasiya dəstəyi “Olimpiya dünyası” qəzeti, “Sportsman” jurnalı, “olympic.az” və “brendsport.az” saytıdır.
Turnirdə iştirak etmək istəyən hər bir KİV nümayəndəsi ad, soyadını və təmsil olunduqları qurumun adını 17 mart, saat 18:00-dək olimpiya_dunyasi@mail.ru elektron ünvanına göndərməsi xahiş olunur.
Yarış 18 mart tarixində saat 11:30-da Bakı Atıcılıq Mərkəzində keçiriləcək.
Turnirdə iştirakını təsdiq edən KİV nümayəndələrinin göstərilən vaxtda yarış məkanında olmaları xahiş olunur.
Əlaqə nömrəsi:
051 548-35-94
070 309-19-83
055 294-54-75
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC