"Kəpəz"in azyaşlı azarkeşlərindən olan Hüseyn Əliyev Məşq Mərkəzində futbolçu və məşqçi heyəti ilə görüşüb.
Presssport.az xəbər verir ki, Vətən Müharibəsi dövründə Gəncəyə ermənilər tərəfindən atılan raket zərbələri nəticəsində ata-anası şəhid olan 12 yaşlı fanat məşqdə alqışlarla qarşılanıb.
Baş məşqçi Adil Şükürov bu gün sevimli peşələri ilə məşğul olduqları üçün şəhidlərə borclu olduqlarını bildirib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında düşmənə layiqli cavab verdiyini qeyd edərək, şəhid övladlarının xalqa, dövlətə əmanət olduğunu vurğulayıb.
Görüşün sonunda Hüseyn komanda ilə xatirə şəkli çəkdirib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC