Bu gün futzal üzrə Yüksək Liqada IV dövrəyə start verilib.
Presssport.az xəbər verir ki, XVI turun ilk matçında "Neftçi" İK "Baku Fire" ilə heç-heçə edib - 3:3.
Ardınca son çempion "Araz-Naxçıvan" "Yasamal Bakı"nı 16 cavabsız qolla üstələyib.
Son olaraq 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi autsayder “Record club” ilə görüşüb. Qarşılaşma U-19-un qələbəsi ilə bitib - 14:2.
Qeyd edək ki, "Araz-Naxçıvan" 43 xalla liderdi. "Baku Fire" 34 xalla 2-ci, "Neftçi" İK 33 xalla 3-cü pillədə qərarlaşıb. "Yasamal Bakı"nın 14, U-19-un 9, "Record club"un 4 xalı var.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC