“Kapitanlıq böyük məsuliyyətdi. Əlbəttə ki, sarğının mənə veriləcəyini gözləyirdim. Rəhbərlik, məşqçilər korpusu bunu mənə etibar etdi. Mən də çalışıram və bundan sonra da çalışacam ki, onların etimadını boşa verməyim”.
Bu fikirləri Presssport.az-a açıqlamasında “Araz-Naxçıvan”ın yeni kapitanı Orxan Əliyev deyib.
Məlumdu ki, cari mövsümün ilk yarısında naxçıvanlıların kapitanı bosniyalı legioneri Numan Kurdiç idi. Artıq bu sarğı yerli futbolçuya verilib ki, Orxan bunu daha məqsədəuyğun sayır: “Məncə, komandada kapitan yerli futbolçu olmalıdı. Çünki ona komandaya nəzarət etmək daha asandı, nəinki gəlməyə. Burda mentalitet məsələsi əsasdı. Legionerlərdə mentaıitet bir az fərqli olur. Bu üzdən yerlinin kapitan olması daha düzgündü. Açığı, sarğı Kurdiçə veriləndə bir az təəccübləndim. Çünki 2,5 ildi bu klubdayam. Düşünürdüm ki, Premyer Liqada kapitanınız yerli olacaq - fərqi yoxdu mən, yaxud digər azərbaycanlı futbolçu”.
Maraqlıdı, sarğının Əliyevə verilməsinə Kurdiçin reaksiyası necə olub?: "Normal, o başa düşür. Biz futbolçularıq, işimiz futbol oynamaqdı. Belə şeylər ikinci dərəcəlidi. Bu haqda düşünsək, bəs, kim oynayacaq?".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC