"Komandamız istədiyimiz kimi mübarizə aparmadı, aqressiyamız çatmadı" - Şükürov

Premyer Liqanın XXVII turunun "Zirə" - "Kəpəz" (2:1) oyunundan sonra qonaq komandanın baş məşqçisi Adil Şükürov mətbuat konfransı keçirib.

Presssport.az xəbər verir ki, 47 yaşkı mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

- Azarkeşlərə təşəkkür edirəm ki, hər oyundan bizi tək buraxmırlar. Bu, onların komandaya sevgisindən irəli gəlir. Komandamız istədiyimiz kimi mübarizə aparmadı. Bunun qarşısını almalıyıq. Bu matçı unudub, gələcəkdəki oyun haqda düşünməliyik. Növbəti turlarda itirdiyimiz xalları bərpa etməyə çalışacağıq.

- Stadion probleminin olması oyunlarınıza təsir edir?

- Futbolçularıma da bildirmişik ki, bu və növbəti mövsüm oyunlarımızı səfərdə oynayacağıq. Oyunçular buna hazırdı. Böyük təsiri yoxdu. Daha yaxın regionda olsa, azarkeşlərimiz də çox gələr.

- Hazırda gözaltı etdiyiniz futbolçu var?

- Bu gün komandamda bütün oyunçulara güvənirəm. Bəzən oyunçularda düşüşlər olur, amma hər birinə inanıram.

- "Neftçi"yə qarşı baxımlı futbol oynamışdınız. Bu gün o oyunu sərgiləmək üçün nə çatmadı?

- Aqressiyamız çatmadı. Rəqib meydançasında daha az oynadıq. Bunu tapşırmışdıq oyunçulara. Amma bacarmadıq.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC