“Qarabağ”la oyunun ilk hissəsində ən zəif “Bayer" izlədim" - "Bavriya"nın sabiq futbolçusu

“Qarabağ”la cavab oyununun ilk hissəsində mövsümün ən zəif “Bayer”ini gördüm".

Presssport.az xəbər verir ki, bunu “Bavariya”nın və Çexiya millisinin sabiq futbolçusu David Yarolim deyib.

Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın "Bayer"ə qarşı Leverkuzendə keçirdiyi görüş (2:3) haqda fikirlərini bölüşən veteran oyunçunun fikrincə, Almaniya Bundesliqasının lideri həmin görüşdə heyrətamiz geridönüş edərək qələbə qazanıb: "Bu həm də “Bayer”in gücündən xəbər verir. Oun oyun üslubu ən xırda detala qədər balanslaşdırılıb. Mövsümün son mərhələsində baş məşqçi Xabi Alonsonun üç cəbhədə necə mübarizə aparacağını görmək mənə maraqlıdı. "Bayer" qatıldığı turnirlərin qalibi olmağa layiqdi”.

Xatırladaq ki, “Bayer” iki oyunun “Qarabağ”ı iki yekununda 5:4 (2:2, 3:2) hesabı ilə üstələyərək 1/4 finala yüksəlib. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC