"Qarabağ”ın U-14 komandası Belarusun paytaxtı Minskdə keçirilən və qalibi olduğu “Naşe Buduşeye” (Bizim Gələcəyimiz) beynəlxalq turnirində 2 nominasiyada da fərqlənib.
Bu haqda Presssport.az-a məlumat verən Ağdam klubunun futbol akademiyasının koordinatoru Aftandil Hacıyev Cavidan Əlizadənin ən yaxşı oyunçu, Daniil Rəcəbovun ən yaxşı hücumçu seçildiyini söyləyib.
Rəcəbov həmin turnirdə 4 qola imza atıb. 3 qol və 2 məhsuldar ötürmə müəllifi olan Əlizadə finalda BATE ilə görüşdə (1:0) çempionluq qolunun müəllifi olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC