Paraatletika üzrə Azərbaycan millisi İtaliyanın Cesolo şəhərində təşkil olunacaq Qran-pridə çıxış edəcək.
Presssport.az xəbər verir ki, bu gün startı veriləcək yarışda yığmanın 5 idmançısı qüvvəsini sınayacaq.
Belə ki, Elvin Astanov, Ömər Bozbaxov, Orxan Qasımov, Məhərrəm Qasımov və Elmir Cəbrayılov baş məşqçi Oleq Panyutinin rəhbərliyi altında yarışacaqlar.
Martın 24-dək davam edəcək Qran-pri 17-25 may tarixlərində Yaponiyanın Kobe şəhərində baş tutacaq dünya çempionatına hazırlıq xarakteri daşıyır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC