“Qarabağ” Juninyoya görə 8 milyon avro istədi, "Beşiktaş" bu məbləği çox saydı

“Beşiktaş”ın idman direktoru Samet Aybaba "Qarabağ"ın legioneri Olavio Juninyonun transferinə görə klub nümayəndələri və hücumçunun özü ilə görüşüb.

Presssport.az xəbər verir ki, bu barədə Türkiyənin “Fotosport” nəşri məlumat yayıb.

Aybabanın Avropa Liqasının 1/8 finalında "Qarabağ"ın "Bayer"lə Leverkuzendəki oyununu canlı izlədiyi və braziliyalı futbolçunu bəyəndiyi qeyd olunur. O da bildirilir ki, klub rəsmisi daha sonra "Neftçi"nin sabiq hücumçusu, hazırda "Partizan"da çıxış edən braziliyalı Mateus Saldanyanın oyununu izləyib. Aybaba "Beşiktaş"a onun yox, həmyerlisi Juninyonun daha faydalı olacağı qənaətinə gəlib.

"Qarabağ"ın futbolçusu üçün "Beşiktaş"dan 8 milyon avro istədiyi da xəbərdə yer alıb. İstanbul klubu üçün hazırda bu məbləğin çox olduğu, ancaq növbəti görüşlərdə qiymətin uyğun bir həddə gətiriləcəyinə inandığı deyilir.

Xatırladaq ki, Juninyo bu mövsüm "Qarabağ"ın heyətində 43 matçda 23 qol və 7 qol ötürməsi edib. Onun klubuyla müqavilə müddəti 2026-cı ilin iyununa qədərdi.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC