Lunyov millidə oynamadan tez qayıdası oldu

Martın 25-də Moskvada keçirilməsi planlaşdırılmış Rusiya - Paraqvay yoxlama oyunu təxirə salınıb.

Presssport.az xəbər verir ki, bu haqda Rusiya Futbol İttifaqının yaydığı açıqlamada bildirilib. Qərar dünən “Krocus Siti Holl"da baş verən terror aktı səbəbindən verilib. Tərəflər görüşün başqa vaxt keçirilə biləcəyi ilə bağlı razılığa gəliblər.

Oyun üçün bilet alan azarkeşlər pullarını tam şəkildə geri ala biləcəklər.

Xatırladaq ki, ruslar bu hazırlıq prosesi zamanı martın 21-də Moskvada Serbiya millisinə qalib gəlib (4:0). Hər iki oyuna “Qarabağ”ın qapıçısı Andrey Lunyov da çağırılmışdı. O, Serbiya ilə görüşdə iştirak etməmişdi, Paraqvayla oyunda meydana çıxacağı gözlənilsə də,  klububa millidə oynamadan tez qayıdacaq. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC