"Beşiktaş"ın idman direktoru Samet Aybaba Olavio Juninyonun transferi üçün Bakıya gələcək.
Presssport.az xəbər verir ki, səfərin bu mövsüm başa çatandək olması planlaşdırılıb.
Bu barədə qardaş ölkənin "Fotomaç" nəşri məlumat yayıb.
Bildirilir ki, klub rəsmisi artıq "Qarabağ"la təmas qurub. Azərbaycan çempionunun 28 yaşlı braziliyalı hücumçu üçün 8 milyon avro tələb etdiyi qeyd olunsa da, transfer qiymətinin böyük məbləğdə endiriləcəyi bildirilir. "Beşiktaş" Juninyonun keçidini mövsüm bitmədən yekunlaşdırmaq istəyir.
Xatırladaq ki, "Qarabağ" Olavioni 2023-cü ilin yayında "Şaves"dən transfer edib. "Sambaçı" Ağdam təmsilçisində 43 rəsmi matçda 23 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubuyla müqaviləsi 2026-cı ilin iyununadəkdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC