Cüdoçularımız Tiflisdəki “Böyük Dəbilqə”nin 2-ci günündə medalsız qaldı

Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tiflisdə keçirilən “Böyük Dəbilqə” turnirinin 2-ci günündə medal qazana bilməyiblər.

Presssport.az xəbər verir ki, bu gün mübarizəyə qoşulan millinin 3 üzvü fəxri kürsüdən kənarda qalıb.

İbrahim Əliyev (73 kq) ilk, Məhərrəm İmamverdiyev (81 kq) isə 2-ci görüşdə uduzub. 81 kq çəki dərəcəsindəki digər təmsilçimiz Ömər Rəcəbli ardıcıl 3 rəqibini üstələsə də, 1/4 finalda və təsəlliverici görüşdə məğlub olub.

Xatırladaq ki, Azərbaycanın yarışın ilk günündə mübarizə aparan 8 cüdosundan 2-si fəxri kürsüyə yüksəlib. Balabəy Ağayev (60 kq) ilə Ruslan Paşayev (66 kq) bürünc medal qazanıblar.

Onu da bildirək ki, millimiz martın 24-dək davam edəcək “Böyük Dəbilqə” turnirinə 9 çəki dərəcəsində 11 kişi, 4 qadın cüdoçu ilə yollanıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC