“Yurqorden”in idman direktoru Musa Qurbanlı ilə Yurgen Klinsmann arasında paralel apardı

“Yurqorden”in idman direktoru Bosse Andersson azərbaycanlı hücumçusu Musa Qurbanlı haqqında danışıb.

Presssport.az xəbər verir ki, klub rəsmisi Musa kimi futbolçulara həmişə marağın olduğunu söyləyib: “Qurbanlını alanda artıq çoxları onunla maraqlanırdı. Belə bir oyunçuya maraq həmişə var. Musa özünə daha çox güvənməlidi. Hücumçu üçün özünəinam qol vurmaqla əlaqələnir. Çox güman ki, meydana çıxmaqla Musanın özünəinamı artacaq. Futbolçularda həmişə belə dövrlər olur. Bu, hətta Yurgen Klinsmannın da başına gəlib”. 

İdman direktoru CİES-in Azərbaycan millisinin üzvünü 3 milyon 400 min avro dəyərində qiymətləndirdiyi barədə məlumatlara da münasibət bildirib: “Bu məbləği konkret hesablamaq çətindi. Amma Qurbanlının gələcəyini zaman göstərəcək. Bu məsələdə çoxlu müxtəlif məlumat var. Lakin əlbəttə ki, dəyərin bir qədər yüksək qiymətləndirildiyi aydındı".

Xatırladaq ki, 22 yaşlı Qurbanlı ötən yay “Qarabağ”dan "Yurqorden"ə keçib. O, bu il keçirilən 5 kubok matçının yalnız 2-sində meydana çıxıb və hər birində 18 dəqiqə oynayıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC