ABŞ və Meksika milliləri arasında KONKAKAF Millətlər Liqasının final oyunu keçirilib.
Presssport.a xəbər verir ki, ABŞ-ın Texas ştatının Arlinqton şəhərindəki “A&T” stadionunda keçirilən qarşılaşmada amerokalılar 2:0 hesabı ilə qalib gəlib.
Hesabı 45-ci dəqiqədə Tayler Adams açıb. 63-cü dəqiqədə Covanni Reyna matçda son nöqtəni qoyub.
Beləliklə, ABŞ KONKAKAF Millətlər Liqasının qalibi olub, 2-ci yeri Meksika, 3-cü pilləni Yamayka milli komandası tutub.
Xatırladaq ki, KONKAKAF Millətlər Liqası Şimali və Mərkəzi Amerika, Karib hövzəsi ölkələrinin milli komandaları arasında KONKAKAF-ın rəhbərliyi altında keçirilən beynəlxalq futbol turniridi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC