Azərbaycan millisi "FIFA series-Edition 2024" turnirində Bolqarıstanla heç-heçə edib - 1:1.
Presssport.az xəbər verir ki, yığmamızın kapitanı Emin Mahmudov görüşdən sonra "CBC Sport"a açıqlamasında yaxşı oynadıqlarını, çoxlu qol imkanının olduğunu söyləyib: "Yenə də Monqolustanla oyundakı kimi dəyərləndirə bilmədik. Özümün də şansım oldu, amma qaçırdım. Buna görə yekunda bərabərlik oldu. İmkanlardan yararlana bilsəydik, nəticə fərqli olardı".
Mahmudov FIFA-nın yeni turniri haqda da danışaraq, iki oyunda da yaxşı oynadıqlarını vurğulayıb: "Rəqiblər də elə idi ki, hücum futbolu oynamalıydıq. Əlbəttə, bəzi epizodlarda düzgün oynamadıq. Amma ümumilikdə yaxşı oldu. Bu toplanışda gənc oyunçular iştirak etdi. Emil Mustafayev və Ceyhun Nuriyev yaxşı oynadı. Onları qazanmaq lazımdı. Millətlər Liqasına vaxt var. Ümid edirəm ki, o vaxta kimi bir-birimizi daha yaxşı başa düşərik".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC